İsveçdə Azərbaycan cəmiyyətlərin sayısı getdikcə artmaqdadır!

Azərbaycan Fedrasiyonunun, İsveçdəki Azərbaycan  icmasını təşkilatlandırma siasəti əsasında 9 yeni diaspor təşkilat yaranmışdır. 27 cəmiyyəti öz çətəsi altına alan AFİ son zamanlarda daha geniş meqyasda fəaliyyət və inkişafa yol açmışdır.Bu gün artıq AFİ çətəsi altında fəaliyyət göstərən təşkilatların sayısı 36 çatmışdr.

 

 

Göteborg - Azerbajdzjanska strategin och utforskar centralorganisation

                       (Yöteborg-Azərbaycan steratejia və araşdırmalar mərkızi) 

Ordförande(başqan): Məmməd Rza Ağapur

 

Azərbaycan gündəmində olan sorunları , özəlliklə Erməni vasitəsilə işqal olunmuş topraqlarımıza( dağlıq Qarabağ) yönəlik Avrupa organları ilə əlaqə və əməkdaşlıq yaratmaq  və  Güney Azərbaycanda 35 000 000 vətəndaşımızın milli-mədəni haqlarının tapdalanması ilə ilgili və güneydəki milli-azadlıq hərəkatın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq bu təşkilatın əsas qayə məqsədidir. Bu iki qonu nizamnamədə qeyd olarkən İsveç orqanları vasitəsilə onaylanmış və qeydiyyatdan keçmişdir:(Grundläggande syftet med undersökningen är syd Azerbajdzjan(ligger i Iran) och Kharabakh (pċ ockuperat omrċde). Tvċ viktiga och stora problemen stċr pċ Azerbajdzjans dagordningen).

Bu diaspor cəmiyyəti 1 ay öncə yaranmışdır.

 

 

20 januari Kulturförening. (20 Yanvar dərneyi)

Ordförande(başqan): Cavanşir Cəfərov

Azərbaycan tarix,mədəniyyət və kültürü ilə əlaqədar tədbirlərin keçirilməsi, Avrupa ictimaiyyətinə Azərbaycan həqiqətlərin çatdırmaq bu cəmiyyətin yaranmasının əsas mahiyyətin təşkil edibdir. Bu cəmiyyət İsveçdə yaşayan Azərbaycanlıları bir araya gətirməyi və onları birlik imkanların sağlanması üçün planlar hazırlamış. 20 Yanvar cəmiyyəti Güneydəki vətəndaşlarımızın haqq səsin dünya meqyasında səsləndirmək üçün başqa Azərbaycan qurumları və İsveç qurumları ilə əlaqə və əməkdaşlığın elan edibdir. Xatırlatmalıyıq ki, 20 yanvar cəmiyyəti 7 ay öncə yaranmışdır ancaq üzviyyəti AFİ tərəfindən bir ay öncə və İsveç orqanları tərəfindən iki həftə öncə onaylanmışdır.

 

 

Göteborg-Azerbajdzjanska Kvinnors Kulturförening. .(Yöteborg-Azərbaycanlı qadınların kultur dərnəyi) 

Ordförande(başqan): Pərvanə Məvizi

Qadınlar cəmiyyəti yeni(2 aydır) yaransada 150 yə yaxın üzv qəbul edibdir. Bu cemiyyətdə Azərbaycanlı qadınlar, İsveçli, Türkiyəli və Türkmən qadınlarda üzv olmuşlar. Qadın cəmiyyəti 50 milyonluq Azərbaycan xalqının yarsın təşkil edən insanların kültürəl və toplumsal dədrdlərin araşdırmaq, Azərbaycan həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq, Qarabağlı şəhid qadınlar və Erməni işqalı nəticəsində avarə və didərgin düşən ailələrin özəlliklə qadınların və uşaqların çətinliklərin dünya ictimaiyyətinə duydurmaq, Güneyli qadınların tapdalanmış huquqların, irtica və geriliyə qarşı mubarizə aparmağı əsas amac kimi düşünübdür.İran adlanan ölkədə qadınları edamına qarşı mitinglər, eyləmlər  və Avrupalı orqanlar ilə birgə tədbirlər keçirməyi dəyərləndirən QADIN cəmiyyəti , qadınların ərkəklər ilə çiyin-çiyinə mubarizə etməkləri və Azərbaycan həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq üçün planlar hazırlamış.

Diqqət: Yaxın günlərdə bir-neçə yeni yaranan təşkilatın adın və amacın sizlər ilə payalaşacayıq.

"əsas səhifə"