
XOCALI SOYQIRIMININ
15-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI
AZƏRBAYCAN FEDRASİYONU-İSVEÇ(AFİ)NİN BƏYANATI
15 il bundan
öncə, 1992-ci il fevralın
25-dən 26-na keçən gecə
Ermənistan Respublikasının
silahlı quvvələri,
Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini əhalisilə birlikdə büsbütün məhv edərək insanlığa silinməz ləkə olan soyqırım aktı
törətmişlər.
Erməni təcavüzkarlarının Azərbaycan Türk millətinə qarşı törətdikləri cinayətlərin
davamında, bir neçə saat içində 613 nəfər suçsuz Azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 dən artıq yaşlı insanı
yalnız Azərbaycanlı olduğuna görə çox rəhmsizcəsinə, dözülməz
işgəncə verərək
öldürülmüş, 487 nəfərə
ağır xəsarət yetirilmiş, 1275 sakin - köməksiz yaşlılar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə və həqarətə
məruz qalmışlar.
Biz Azərbaycan Fedrasiyonu-İsveç (AFİ) olaraq, ümid edirik
ki, mötəbər uluslararası qurumlar Azərbaycanın həqq mövqeyini dəstəkləyəcək,
ədalət tezliklə
öz yerini tapacaq, Xocalı soyqırımını törədənlər
uluslararası məhkəmə
qarşısında cavab verəcəklər. Erməni
terorçuları və onların
himayəçiləri cinayət
məsuliyyətinə cəlb
ediləcəklər.İnanırıq ki, bütün tanınmış
və mötəbər uluslararası
qurumlar Azərbaycan topraqlarında barış, doğal və güvənli yaşamağı, bir milyondan
artıq qaçqın və didərgin düşmuş olan Azərbaycanlının öz doğma topraqlarına
qaytarılmasını təmin etməklə Azərbaycanlıların
pozulmuş hüqüq və azadlıqlarının gərçəkləşməsində
bütün imkanlarınızı səfərbər etməklə
yardımçı olacaqsınız.
Azərbaycan Fedrasiyonu-İsveç
(AFİ)
Bəyanat BMT-nin Baş
Katibinə, Avropa Şurasına,İsveç
Başnazirinə, İsveç parlamentin sədrinə ünvanlanmışdır.