AFİ
Baş Komitəsi toplantısının protokolu (9)
Azərbaycan Fedrasiyonu İsveç(AFİ) başkomitənin internet toplantısı.
Zaman: Çərşənbe
2007-05-23 saat 20
Toplantıya qatılanlar!
1-Məmmədrıza Ağapur Başqan
2- Efsane Sevigin Başqan yardımcısı,Təşkilat sorumlusu
3-Settar Sevigin İlişgilər sorumlusu
4- Bəhmən Nəbizadə Maliye sorumlusu
5-Siyavuş Yusefli İntegirasiya sorumlusu
6-Aslan
Ərəblui nizarər təftiş komitəsinin sədri
Gündəlik aşağıdakı sıralamayla qəbul edildi.
Gündəlik:
1-
AFİ nin 9.cu qurultayı
2-
Mali məsələlər
3- May ayına ayid tədbirlər
4- 28 may bayramı ilə bağlı
5- Sözdə Erməni soyqırımı ilə
bağlı tədbir
AFI idarə heyətinin toplantısında aşağıdakı qərarlar
ilə sonuclandı:
- Afi baş komitəsi 9-cu
qurultayla bağlı qurultayın sentiabr ayında(8-9 sentiabr) keçirilməsini
onayladılar. Bir həftə içində qurultayın məkanı ilə bağlı(Malmö
ya Halmestad) aydınlıq gətiriləcək.
Məmməd Rza Ağapur və Aslan bəy Ərəblui bu məsələ ilə bağlı görəvləndirildilər.
-
A: Mali məsələlər ilə bağlı və AFİ nin
borcları ilə bağlı bir daha bu qərar alındı ki, ən yaxın günlərdə bu məsələ
həl olunsun.B: Haray radiyosunun maddi yardım
tələbi haqqda böylə qərara gəlindi ki, AFİ baş komitəsi şəxs olaraq və könüllü
bu məsələyə yardım etsinlər.
- 28 may Azərbaycanın
istiqlaliyyət günü ilə
əlaqədar
Azərbaycan dərnəyinin keçirdiyi tədbirə hər türlü və imkan daxilində yardım
etmək və daha samballı keçirilməsilə
bağlı
qərar qəbul olundu.
- AFİ tədbirlərilə bağlı və
sorunları yaxud sorun yaradanlarla bağlı qərar alındı:
A: Mədəni formada və dialog vasitəsilə sorunlar aradan qaldırılsın. Hər
bir qeyri mədəni yaxud fiziki toqquşmaya yol vermədən polisə muraciət olunsun.
B: Sorun yaradan əyərsə AFİ üyəsi olursa,
üzviyyəti haqqda ən uyğun qərar verilsin.
- İyun ayında və stokholmda
sözdə Erməni soyqırımı ilə bağlı tədbirə qatılmaq haqda qərar qəbul olundu. Bu
tədbir beynəlxalq səviyyədə olacaq. AFİ qonaq kimi orda iştirak edəcək.