AFİ
Baş Komitəsi toplantısının protokolu (8)
Azərbaycan Fedrasiyonu İsveç(AFİ) başkomitənin internet toplantısı.
Zaman: Çərşənbe 2007-05-09
saat 20
Toplantıya qatılanlar!
1-Məmmədrıza Ağapur Başqan
2- Efsane Sevigin Başqan yardımcısı,Təşkilat sorumlusu
3-Settar Sevigin İlişgilər sorumlusu
4- Bəhmən Nəbizadə Maliye sorumlusu
5-Siyavuş Yusefli İntegirasiya sorumlusu
6-Həsən bəy Təmcidi Təbriz dərneyinin
sədri
Gündəlik aşağıdakı sıralamayla qəbul edildi.
Gündəlik:
1- Dalğa musiqi qurupun İsveç səfəri
2- Günydə may hadisələrinin birinci il dönümü
3- 28 may
AFI idarə heyətinin toplantısında aşağıdakı qərarlar
ilə sonuclandı:
- Dalğa qurupu AFİ nin təşkilatçılığı ilə Yöteborgda konsert
keçirib, AFİ imkan daxilində Dalğa qurupu bu konsertdə və İsveç
səfərində mali baxımdan himayə edəcək.
- Güneydə may hadisələrin il dönümü ilə əlaqədar
İsveçdə tədbir keçirmək qərarı alınaraq, bu qonu ilə ilgili iş komitəsi
yarandı. Məmməd Rza
Ağapur, Bəhmən Nəbizadə,
Siyavuş Yusefli , Settar Sevigin,
Efsane Sevigin komitə üzvü kimi görəvləndilər.
- 28 may Azərbaycanın istiqlaliyyət günü ilə
əlaqədar İsveçdə zal tədbirlərin keçirilməsinin qərarı alınaraq, iş komitəsi
yarandı. Məmməd Rza
Ağapur,Bəhmən Nəbizadə,
Siyavuş Yusefli , Settar Sevigin,
Efsane Sevigin komitə üzvü kimi görəvləndilər.