
Öyrənci günü
ilə bağlı AFİ nin bəyanatı
Sayqı dəyər yurddaşlar, sevimli
öyrəncilər!
Azərbaycanımızın güney hissəsində milli-azadlıq hərəkatı get-gedə öz
gəlişmə çağlarına gəlib çatmışdır. Bu hərəkatın gəlişməsində gənc tələbə və öyrəncilərimizn
unudulmaz və eyni zamanda böyük və tarixi rolları barədə azda yazılsa yaxud
danışılsada, ancaq hər bir azərbaycanlıya
aydındır ki, bu gün Azərbaycan öyrəncisi bilimsəl olaraq milli varlığının
keşiyində durmuş və ulu milləti üçün böyük bir mucadilə meydaninda öncül bir
güc kimi çıxış edir. Zəngin kulturu və mədəniyyətimizin keşiyində duran öyrəncilərimiz
, Fars şövenistin zaman-zaman planlaşdırdığı anti Türk eyləmlərinə qarşı
mucadilə meydanına ayaq qoymuşdur.
Qayqı keş gənclərimiz öz qocamanlıqları ilə tariximizdə böyük qələbələr
qazanmışdırlar. Günü-gündən milli
iradəmizin yüksəklərdə görünməsindən vəhşətdə olan Fars şövenistləri nəhayət
geçən il bu günlərdə Azərbaycan öyrəncisinin
qeyrət və vətənpərvərliyinin önündə diz köçürtməyə məcbur qalmışlar.
Biz Azərbaycan Fedrasiyonu-İsveç olaraq gəncliyimizin bilimsəl və gün
elmlərilə tanış olmaqlarının vacibliyini vurqulayıb,
onların millətimizlə, mədəniyyətimizlə və milli hərəkatla əlaqədar tarixdə qalıcı olan işlərinin
davamlı olacağına inanırıq.
AFİ idarə heyəti 19 Ordibeheşt(9 maj) öyrənci gününü bütün öyrəncilərə
təbrik edib, arzu edir blimli və gəlişmiş
gənclərimiz günü-gündən artıq millətimiz və vətənimizin gələcəyi ilə ilgili
böyük uğurlara qol çəksinlər.
Azərbaycan
Fedrasiyonu-İsveç
idarə heyəti