
Azərbaycan Fedrasiyonu-İsveç(AFİ)nin
Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciəti
Şanlı elimizin ən
uzaq keçmişlərdən qoruyub-qutladığı “il bayramı” (Novruz) həmişə barışıq, dostluq, səmimiyyət,
təmizlik və yeniləşmə əhval-ruhiyyəsi
yaradan bayram kimi qeyd olunur. Novruz
təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlərin,
xoş arzıların yarandığı bir bayram, insanla təbiətin bütövləşməsinin,
harmoniyasının təcəssümü hesab olunur.
AFİ baş komitəsi
olaraq, bu şanlı bayramı ellərimizə təbrik edərək,
umid edirik ki , Azərbaycan və onunu ulu milləti mutlu və
mübarək günlər əldə
etsinlər.
Azərbaycan
Fedrasiyonu olaraq əminik ki, doğma yurdlarından didərgin düşən
soydaşlarımızın bu bayramı öz torpaqlarında qeyd edəcəyi gün uzaqda
deyil.
AFİ idarə heyəti
arzı edir millətimiz hər yerdə ki, vardırlar , harda yaşayırlar
milli birliyin, həmrəylyin, sabahkı günə inamın güclənəcəyin,
birlikdə qeyd etsinlər.
Nəhayət arzı edirik Azərbaycanımızı zirvələrə
qalxizmaq için vətəndaşlarımız
arasında dostluq və birlik əlaqələri uğurlu inkişafa
doğru yönəlsin . Vətənimizin Güney hissəsi milli varlığı
uğrunda apardığı mucadilə başarı ilə sonuclanmasın azrzılırık. Vətənimizin
ayrılmaz hissəsi Qarabağ ən yaxın zamanda doğma vətənə
qovuşsun, diləyirik. O günlər uzaq dəyil. Biz Novruzu azad vətəndə qeyd edəcəyimizə inanırıq.
Azərbaycan Fedrasiyonu-İsveç(AFİ)
İdarə Heyəti