21 Fevral Iranda zülmü
altında olan Azərbaycanın ümumdünya ana dili günüdür

UNESCO tərəfindən elan olunan ümümdünya ana dili günü , bütün
dillər üçün qəbul edilən müdafiə, ana dildə təhsil haqqı, mədəni
müxtəlifliylərin qəbul edilməsi və başqa insanlara qarşı dözüm
göstərmək səbəni ilə yaranmışdır.Bu münasibətlə Iranın
azərbaycan türkləri müxtəlif yerlərdə gizli görüşərək ana dili
gününü qeyd edəcək və bununla iran rejiminin azərbaycan
türklərinə qarşı diskriminasiya siyasəti əleyhinə öz sükut
protestini bildirəcəklər.
Azərbaycan türklərinin sayı Iranda 30 milyona yaxındır. Buna
baxmayaraq, azərbaycan türk uşağları Iranda öz ana dillərində,
yəni azərbaycan türk dilində, təhsil haqqına nail deyillər.
Azərbaycan türkləri və başqa fars olmayan xalqlar Iranda davamlı
siyasi, sosial və iqtisadi diskriminasiyaya məruz qalmaqdadırlar.
Iranın azərbaycan türkləri səkkiz il əvvəl ana dili gününün
elan edilməsini qeyd etmək istəmişdir amma Iranın rejimi buna o
zaman maneçilik törətdi. Buna baxmayaraq, 2004-cü ildə Iranın
Azərbaycan vilayətində yerləşən Təbriz şəhərində UNESCO
tərəfindən qəbul edilmiş bu gün qeyd olunmuşdur. Bundan əlavə,
bir kongress keçirilmişdir və bu kongress zamanı BMT(Birləşmiş
Millətlər Təşkilatı) ana dili haqqı üzrə qətnaməsinə əsaslanaraq
birlikdə ana dili haqqını qazanmağa doğru mübarizəni davam
etdirməyik qərarı alınmışdır. Kongress zamanı səslənən
müraciətlər 4 dildə çap edilmiş və Iranın dövlət təşkilatlarına,
BMT və UNESCO –ya göndərilmişdir.
Iran rejimi tərəfindən törədilən maneçiliyə baxmayaraq, ana
dili günü 2004-cü ildən bu günədək Iran azərbaycan türkləri
tərəfindən qeyd olunmuşdur. Keçən il, 21 fevral 2007, həmən gün
Iranda geniş kütlələr tərəfindən qeyd olunmalı idi, amma
bunlardan bir gün əvvəl ana dili gününün keçırilməsini qadağan
edərək rejim bu qadağanı pozan şəxslərə qarşı fiziki qüc tətbiqi
ilə təhdid etmişdir.Bu qadağa hələ də qüvvədədir və bu səbəbdən
də bu il ana dili günü qizli qeyd olunacaq. 2006-cı ildən bu
günədək minlərcə insanlar nümaişlərə çıxaraq Iran rejimi
tərəfindən azərbaycan türklərinin zülmünə qarşı etiraz etmiş və
azərbaycan türkcəsinin Iranda bir rəsmi dil kimi qəbul
edilməsini tələb etmişdirlər. Amma Iran rejiminin azərbaycan
türklərinə münasibəti daha da qəddar forma almaqdadır ,ziyallılar
və başqa liderlər həbs edilməklə yanaşı olara qarşı fiziki güc
və işgəncə tətbiq edilir. Həmən insanlar arasında Amnesty
International tərəfindən siyasi məhbus kimi qəbul olunmuş
şəxslər də vardır.
Biz Isveç hökümətinə, demokratiyanı və insan haqqlarını
dəstəkləyən hər bir insana müraciət edərək azərbaycan türklərinə
qarşı Iran hakimiyyətinin törətdiyi cinayətlərı təcili
dayandırmasını tələb etməyə və ana dili haqqı naminə insanların
mübarizəsini dəstəkləməyə çağırırıq.
Azərbaycan Federasiyasi Isvech (AFİ)
Sədr
Səttar Sevigin.
0046707150117
Stockholm 2008-02-20