Azərbaycan

Fedrasiyonu

İsveç(AFİ)

 

 

 

Svenska

AFİ təqivmi

E-post lista

Əlaqə

Yenilik


İÇİNDƏKİLƏR

 9-cu qurultay  

 İdarə Heyəti

 Nizamnamə

 Cəmiyyətlər

 Protkollar

 Projə və planlar

 Qərarlar

 Dərnək statistiki

Güney Azərbaycan

 Qarabağ

 Ciloluq

 Linklər

 Arxiv

 

 


Google ©2007 AFI Google

 

 

"Babək-Linköping" dərnəyinin tədbirindən raport

 

Noyabrın 3-də İsveçin Östergotland vilayətinin Linköping şəhərində,"Babek Linköping" dərnəyin illik qurultayından keçən bir ay müddətində görülən işlərə və qarşıdakı aylar ərzində hansı tədbirlərin keçirilməsinə həsr olunmuş musiqili-mədəniyyət gecəsi   keçirildi.50-dən çox Güneyli və Qüzeyli həmvətənlərimizin qatıldığı bu tədbirdə təkcə Linköpingdən deyil eləcə də Mjölbidən,Norrköpingdən,Nyköpingdən,Skäningidən və ətraf rayonlardan insanlar təşrif buyurmuşdular.Gecəni giriş sözü ilə açan dərnəyin sədri Aslan bəy Arablui qonaqları salamladıqdan sonra qarşıdakı görüləcək işlərdən danışdı.Daha sonra dərnəyin maliyyə məsulları keçən iclasda nə qədər məsrəf xərclədiyindən və nə qədər vəsaitin büdcədə qalmasından dərnəy üzvülərinə məlumat verdilər.Dərnəyin hər bir üzvü şəffaflıq şəraitində keçən bu hesabatdan razı qaldıqlarını bildirməklə belə tədbirlərin hər ay təşkil olunmasını arzuladıqlarını bildirdilər.Dərnəyin İdarə heyətinin üzvü,Afi sədrinin müavini Rahim Sadıqbəyli tədbirə qatılan bütün həmvətənlərimizi AFİ başqanı Məmmədrza bəy Ağapurun adından salamladıqdan sonra belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyini qeyd etdi.R.Sadıqbəyli xüsusi ilə gənclərimizin milli ruhda tərbiyə olunmasında bu cür gecələrin çox böyük əhəmiyyətindən danışdı.Tədbir yerli müğənni Urfan Həsənlinin ifa etdiyi qəlbə yatan gözəl musiqiləri,tədbir iştirakçılarının milli rəqslərimizi qol sallayib oynamaları və Azərbaycan mətbəxinin ecazkar təamlarını dadmaqla sona çatdı."Babək-Linkıping"dərnəyinin "21 Azər"hərəkatının ildönümünə həsr olunmuş növbəti tədbiri  dekabrın 8-nə təyin olundu.
 
"A təbliğat məsulu Pərvanə Urmulu"

 

9- cu qurultayın şəkilləri

tıxlayın

9-cu qurultayın  protokollu

tıxlayın

 

Isveçdəki vətəndaşlarımızın uğurları

tıxlayın