2000-06-11
AZƏRBAYCAN FEDERASİYONU İSVEÇ (AFİ)-NİN ƏSASNAMƏSİ
§1
FEDERASİYONUN ADI
Yaranmış olan birliyimizin adı AZƏRBAYCAN FEDERASİYONU İSVEÇ (AFİ)
olaraq seçilmişdir.
§2
FEDERASİYONUN TƏRİFİ
AFİ
İsveçdə yaşayan azərbaycanlıların həmrəyliyi, milli mənəvi
birliyinin möhkəmləməsi uğrunda çalışan ictimayi təşkilatdır. AFİ
Siyasi, ideoloji və dini bağlılığı olmayan, açıqlıq prinsipləri və
İsveç qanunları çərçivəsində çalışan demokratik bir quruluşdur.
§3
(AFİ)-NİN AMACLARI
(AFİ):
1.Azərbaycan və onunla ilgili sorunları İsveç toplumu və
quruluşlarına tanıtdırmalıdır.
2.Azərbaycan sorunları ilə ilgili, düşünsəl və bilgisəl yöndə
çalışmalıdır.
3.Güney Azərbaycanda millətimizin demokrası, insan haqları və üz
qədərini təyin etmə yolunda mücadiləsilə dayanışmada olmalıdır.
4.Quzey Azərbaycanda (Azərbaycan respublikasında) ölkə bütüvlüyü,
bağımsızlığı, yurddaşlıq haqları, hüquq üstünlüyü və qanun
hakimiyəti yönundə gəlişmələri dəstəkləməlidir.
5.Federasiyon İsveçdə yaşayan azərbaycanlıların, bu toplumuyla
integrasiyasında çalışmalıdır.
6.İsveçdə fəaliyyət göstərən Azərbaycan dərnəkləri, və fəal şəxslər
arasında işbirliyinin gəlişməsi vd davamına yardım etməlidir.
7.Federasiyon azərbaycanın qadınların siyasi ictimayi gəlişməsinə
önəm vermdlidir.
8.Irqçılığa qarşı demokratik qurallar (qanunlar) çərçivəsində
mücadilə etməlidir.
9.Mədəni, kütləvi fəaliyətlərdə gərəkən materialların əldə
edilməsinə
çalışmalıdır.
10.Azərbaycan türkcəsini, İsveçdə, rəsmi ana dili kimi tanıtdırıb
məktəblərdə
uşaqlara öyrədilməsini istəməlidir.
11.İsveç mediasından Azərbaycan türkcəsində proqramların yayılmasnı
istəməlidir.
12.Federasiyonun rəsmi dili Azərbaycan türkcəsidir. Sənədləri
Azərbaycan
türkcəsi və isvdçcə olmalıdır. Təbliqat isə hər dildə ola bilər.
FEDERASİYONUN TƏŞKİLATİ, İDARİ İŞ SİSTEMİ VƏ PRİNSİPLƏRİ
§4
ÜZVLÜK ŞƏRTLƏRİ
1.Federasiyonun əsasnaməsini qəbul etmək.
2.Qurultay tərəfindən müəyyən olan üzvlük haqqını ödəmək.
3.Federasiyona kollektivlər (dərnəklər, müstəqil iş orqanları) və
tək şəxslər üzv olabilər. Qurultayda səs vermək üçün 3 ay öncədən
üzv olmaq gərəklidir.
4.Tək üzvlərdən üzvlük anketinin doldurulması, kollektivlərdən isə
bundan başqa nizamnamənin üzü, qeydiyat vərəqəsinin üzü və üzvlüyü
dayir iclas protokolu istəlinir.
§5
ÜZV DƏRNƏKLƏR
1.Üzv dərnəklər İsveç qanunları üzərə, İsveç vergi qurumlarında
yazdırılaraq,
rəsmiləşdirilməlidirlər.
2.Üzv dərnəklərin 16 yaşdan yuxarı ən azı 5 üzvü olmalıdır.
3.Üzvlərin sayısına gürə üzvlük haqqı ödənməlidir.
§6
ÜZV HAQLARI
ÜZVLƏR:
1.Federasiyonun seçkilərində iştirak edib, seçib və seçilə bilərlər.
2.Federasiyonun bütün işləri və programları haqqında söz haqqına
malikdirlər.
§7
FEDERASİYONUN ORQANLARI
1-
Qurultay
2-
Baş komitə (BK)
3-
Təftiş heyəti (TH)
4-
Seçim qurumu (SQ)
§8
QURULTAY
1.Qurultay Federasiyonun, ildə bir yol keçirilməsi gərəkli olan,
yüksək qərar alan orqanıdır.
2.Qurultay dərnək və münfərid şəxslərin nümayəndələri, baş komitə və
təftiş heyətindən düzələr.
3.İllik qurultay, nümayəndələrin 3–də 2–sinin qatılması ilə rəsmi
olaraq işə başlar.
4.İllik qurultaya çağırış 2 ay qurultaydan öncə üzv dərnəklərə
göndərilməlidir.
5.Dərnəklər aşağadakı sayılar üzərə qurultaya nümayəndə
göndərməlidirlər:
a)
3-5 üzvü olan iş orqanları və dərnəklər 1 nümayəndə
b)
6-10 üzvü olan dərnəklər 2 nümayəndə
c)
11-15 üzvü olan dərnəklər 3 nümayəndə
z)
16-21 üzvü olan dərnəklər 4 nümayəndə
d)
22-29 üzvü olan dərnəklər 5 nümayəndə
e)
30-38 üzvü olan dərnəklər 6 nümayəndə
d)
38-49 üzvü olan dərnəklər 7 nümayəndə
f)
50-dən çox üzvü olan dərnəklər 8 nümayəndə
Açıqlama:
Qurultayın ilk çağırışına qatılanların sayısı 3–də 2dən az olarsa,
ikinci çağırışda üzvlərin %50+1–inin qatılması ilə qurultay keçirilə
bilər.
İş
orqanları:
Hər
müstəqil iş orqanı ən azı 3 üzvü olunca, qurultaya 1 nümayəndə
göndərə bilər.
Münfəridlər:
Hər
5 nəfər münfərid qurultaya bir nümayəndə göndərə bilər.
§9
QURULTAYIN İŞİ
1.Baş komitənin illik raportunun dinlənilməsi və müzakirəsi.
2.Təftişçilərin raportunu incələmək.
3.Baş komitənin istefasını qəbul etmək.
4.Nümayəndələrin ünəri və tənqidlərinin müzakirəsi.
5.Əsasnamə haqqında danışıqlar və dəyişikliklərin təsvibi.
6.Federasiyonun illik iş planının müzakirəsi.
7.Baş komitə, seçim qurumu və təftişçilərin seçilməsi.
Açıqlama:
Baş
komitənin yetkiləri (simətləri) qurultayda təsvib olmalıdır.
Önəri və qərarların qurultayda keçərli sayılması üçün nümayəndələrin
%50+1-inin səs verməsi gərəklidir.
Üzvlük haqqının məbləğini qurultay qərar verir.
Qurultayın seçkiləri gizli olmalıdır.
§10
BAŞ KOMİTƏNİN İŞLƏRİ VƏ İXTİYARLARI
1.Qurultaylar arası dövrdə Federasiyonun yüksək idarə edici orqanı
Baş komitədir.
2.Baş komitənin yetkiləri:
a)
Başqan
b)
Başqan yardımcısı
c)
Yazı işləri sorumlusu
z)
Sandıqçı
d)
Inteqrasiyon sorumlusu
e)
Kültür və təbliqat sorumlusu
d)
Qadınlar və gənclər sorumlusu
f)
İrtibatat sorumlusu
g)
Təşkilat sorumlusu
3.Baş komitə əsasnamənin təyin etdiyi hədəflər üzərə çalışmalıdır.
4.Baş komitə 3 aydan bir öz gördüyü işlərlə bağlı Federasiyonun
üzvlərinə yazılı bilgi verməlidir.
5.Baş komitə iş orqanlarının qurulması yolunda çalışmalıdır.
Açıqlama:
Baş
komitə 7 sabit iki yedək üzvdən oluşur. Baş komitə seçkilərində aday
olanlarnn ən çox səs alması gərəklidir.
Yedək üzvlər səs vermə haqqı olmadan Baş komitənin toplantılarında
iştirak və çıxış edə bilərlər.
Bütün maliyyə sənədlərinə başqan ilə sandıqçı qol çəkmdlidirlər.
Baş
komitə 5 üzvün səsi ilə bir üzvün məsuliyyətini dəyişdirmə və
qurultaya qədər dondurma haqqına sahibdir.
§11
TƏFTİŞÇİLƏR
1.Təftişçilər qurultaylar arası dövrdə Federasiyon və Baş komitənin
işlərinə nəzarət edirldr.
2.Təftişçilər Baş komitənin toplantılarında səs vermə haqqı olmadan
iştirak və çıxış edə bilərlər.
3.Təftişçilər qurultaya yazılı raport verməlidirlər.
4.Təftiş heyəti dərnəklərin üzv sayısını yoxlaya bilər.
5.Qurultayda 3 nəfər təftişçi seçilməlidir.
§12
SEÇİM QURUMU
Seçim qurumu Federasiyonun seçkiləri ilə ilgili, adaylar listinin
hazırlanması və qurultaya çatdırılrması ilə sorumludur.
Açıqlama:
İllik qurultay seçim qurumunun aday ya adaylarını rəd edib yeni Baş
komitə adayları təklif edə bilər.
Seçim qurumunun üzvü Baş komitə seçkilərində aday ola bilməz.
§13
FEDERASİYONUN GƏLİR QAYNAQLARI
1.Üzviyyət haqqları.
2.İsveç dövləti orqanlarının mali yardımı.
3.Federasiyonun yaratdığı gəlir verici işlər.
4.Başqa yardımlar.
§14
ÖZƏL QURULTAY
1.Özəl qurultay Baş Komitənin çağırışı və üzvlərin 50%+1-inin
qatılmasıyla keçirilir.
2.Özəl qurultayın mövzusu bir ay öncədən üzvlərə çatdırılmalıdır.
3-
Özəl qurultay yanlız qurultayı ilgiləndirən mövzu ilə məşqul
olmalıdır.
§15
DİSİPLİN QURALLARI
Federasiyonun əsasnamdsinə sığmayan, dərnək və ya şəxslərin
fəaliyyəti Baş komitə tərəfindən:
1.Uyarılmalıdır.
2.Üzviyyəti dondurulmalıdır.
3.Qurultay ya özəl qurultay qərarı ilə üzviyyətdən çıxarılmalıdır.
4.Federasiyonun imkanlarından şəxsi hədəflər üçün istifadə etmək və
ya federasiyonun adına şəxsi proqram qabağa sürmək yasaqdır.
§16
FEDERASİYONUN BAĞLANMASI
Dəyişik nədənlərə görə Federasiyonun bağlanması və ya
fəaliyyətlərinə son verilməsindən söz edilə bilər.
1.Belə bir qərar yanlız qurultaya qatılanların 5–də 4–ünün istəyi
ilə alına bilər.
2.Belə bir durumda Federasiyonun mali olanaqları Azərbaycan Ay Para
Cəmiyyətinə bağışlanmalıdır.