Azərbaycan

Fedrasiyonu

İsveç(AFİ)

   
 

Svenska

AFİ təqivmi

E-post lista

Əlaqə

Yenilik


İÇİNDƏKİLƏR

 9-cu qurultay  
 İdarə Heyəti
 Nizamnamə
 Cəmiyyətlər
 Protkollar
 Projə və planlar
 Qərarlar
 Dərnək statistiki
 Güney Azərbaycan
 Qarabağ
 Linklər
 Arxiv

 

   

 

Azərbaycan Federasiyası Isveç (AFI)-dən Durna dərnəyinin illik Qurultayina təbrik məktubu!

Durna dərnəyinin Dəyerli Idarə Heyəti, saygiıdəyər üzvləri!

Durna dərnəyinin ilik qurultayını ürəkdən salamliyaraq, sizləri vətənimizin qurtuluş mücadiləsi yolunda atdığınız addımların daha da güclü daha da səmərəli olmasını diləyirəm.

Sayın yurddaşlar!

Sizin dərnəyiniz İsveçdə ciddi və təcrübəli Azərbaycan dərnəklərinden sayıla bilən bir təşkilatdır. Fəaliyyətiniz İsveçdən əxz etdiyiniz demokratik dəyərlərə dayanaraq ve elbətdə ki, öz dəyərli üzvlərinizin demokratik düşüncəli təcrübələrindən istifadə edərək olduqca demokratik bir mühitdə gəlişmişdir.

Elə məhz bu dəyərləri əsas götürərək tam məsuliyyətlə deyə bilərəm ki,sizin dərnəyiniz İsveçdə fəaliyyət göstərən Azərbaycan Federasiyasının yaranmasında əsas qüvvələrdən biri olmuşdur.

Son zamanlar federasiyonumuzun içinde olan çatışmamazlıqlardan incimiş olan Siz dəyərli yurddaşlarımızı Federasiyamızdan ayrı görmək istəmirik. Azərbaycan Federasiyası İsveç burda yaşayan bütün soydaşlarımızın Federasiyasıdır,özəlliklə sizlər kimi təcrübəli insanların təşkilatıdır.

Bu gün Güneydə millətimiz agır basqı altındadır. Ana dilimizin azad olması uğrunda igid bacı- qardaşlarımızın Dünya Ana Dili gününü (21 feb) belə qeyd etməyə qoymurlar.

Bu ağır tarixi günlərdə bir araya gəlib vətənimizin qurtuluşu, insan haqqlarının bərpası, ana dilimizin rəsmi dil olmasi, Quzey Azərbaycana gəldikdə işğal olumuş torpaqlarımızın azad olunması yolunda xaricdə lobbiçilik fəaliyyətini gücləndirmək üçün əl-ələ verməliyik.

Zaman keçdikcə qürbət dərdi ,Ana yurdumuzdan uzaqda olmamız bizi daha da kədərləndirir. Bu qürbət ölkədə bir araya gələrək milli günlərimizi birlikdə keçirərək milli dəyərlərimizi qoruyub saxlamiş oluruq beləliklə ürəyimizde vətən hissini də canladırmış oluruq.

Biz ümüd edirik ki derneyinizin Ali Orqani olan bu qurultayda ilk meselelerdən biri Federasiyamıza,siz həmvətənlərin öz doğma Federasiyasına dəstək qərarı olacaqdır.

Bir daha bütün qurultay iştirakçılarını salamlayaraq qurultayınza uğurlar arzulayırıq.

Azerbaycan Federasiyası İsveç adından

AFI Başqanı Settar Sevigin.

settar_ss@yahoo.se  Stockholm 2008-02-17

 
 
 

9- cu qurultayın şəkilləri

tıxlayın

9-cu qurultayın  protokollu

tıxlayın

 

Isveçdəki vətəndaşlarımızın uğurları

tıxlayın