AFİ Dadaş bəy Aslanzadədən təqdir etdi!

Savaln dərnəyinin 10 illiyilə bağlı Yötebörg-Azərbaycan evində düzənlənən tədbirdə Azərbaycan Fedrasiyonunun sədri iştirak edib və AFİ idarə heyəti naminə hazırlanmış olan təqdir bərgəsin Dadaş bəy Aslanzadəyə (Savalan dərnəyinin başqanı) təqdim etdi. Eyni zamanda Babək və Təbriz cəmiyyətlərin sədri(Həsən bəy Təmcidi və Eldar bəy Qaradağlı) bu mərasimdə iştirak edib və hazırladıqları çiçəklər ilə Dadaş bəy Aslanzadə və digər Savalan əməkdaşlarından təqdir etdilər. Dadaş bəy Aslanzadənin danışıqlarından bir-neçə bölməsin aşağıda oxuya bilərsiniz:

Dadaş bəy Aslanzadənin danışığından bir neçə bölmə:

Bu günkü uşaqlar gələcək kadrlarımız olmalıdırlar!

Azərbaycan həqiqətlərin dünya meqyasında səsləndirmək üçün güclü kadrlar yaratmalıyıq!

Dərnəklərin əhəmiyyətin bilməliyik. Bu gün burda bizlər toplanırıq. Azərbaycanlı muhacirlər olaraq burda dəblərimizi, qaydalarımızı və kültürümüzü dəyərləndirmək niyyətində bir araya gəlirik. Həmdə uşaqlarımızın bu muhitdə boy atıb böyüməkləri böyük bir zəfərdir. Uşaqlarımız və onların gələcəkdə oynadığı önəmli rollarına Avrupalarda kiçik tutmamalıyıq. Bu günkü uşaqlar gələcək kadrlarımız olmalıdırlar. Qurbətdə yaşayan azərbaycanlılar bir olmalıdırlar. Azərbaycan həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq üçün güclü kadrlar yaratmalıyıq. Dərnəklərimiz gücləndirməliyik. Uşaqlarımızda Azərbaycan sevgisin yaratmalıyıq. Tariximizi onlara öyrətməliyik. Ermənilərin anti Türk siasətlərinə işarə edən Dadaş bəy Erməni lobbisinin Fransa parlamentində olan nufuzu vurqulayıb, avrupalı azərbaycanlıların bu məsələlərə diqqət etməklərin tələb etdi.

Xatıərlatmalıyıq ki, Dadaş bəy Aslanzadənin qızı Sevim xanım Stokholmda jornalistlik fakultəsində təhsil alır. Dadş bəyın arzularından birisi Sevim xanımın bir azərbaycanlı jornalist kimi isveçdə fəaliyyət göstərməsidir(bu Dadaş bəyin vəsiyyətidir Sevim xanıma).  Dadaş bəyin oğlu (Yaşar bəy) isə kültürəl məsələr ilə bağlı fəaliyyət göstərir. 2006 ci ildə Amerikada düzənlənən beynəlxalq şer festivalında iki şeri,  gümüş və bürünc medalı qazanmışlar.

Azərbaycan fedrasiyonu olaraq bu əziz insanımız və hörmətli ailəsinə daha artıq başarılar və mutluluqlar diləyirik.

<<<əsas səhifə>>>