İlin axır çərşənbəsi Göeborgda qeyd olundu

İsveçin Göeborg şəhərində düzənlənən çərşənbə axşamı çox möhtəşəm qeyd olundu. Şəhərin mərkəzində "Heden" adlı bir böyük meydanda gərçəkləşmiş olan bu tədbirdə İsveçdə yaşayan Azərbaycanlı sənətçilər gözəl ifaları ilə xatirəli bir gecə yaratdılar. Hüseyn Nəsirov İsmayıl Təbrizli Azərbaycanımızın zəngin musiqisindən bir neçə parça ifa edərək, qurbətdə yaşayan vətəndaşların böyük alqışın qazandılar.

Xatırlatmalıyıq ki, bir-çox sayılı çeşidli xalqalrdan bu gecəni qeyd etmək üçün Hedende toplanmışdılarGüney Azərbaycanın Həmədan şəhrindən olan Riza bəy Talibi bu gecənin gərçəkləşməsində böyük rol ifa etmişdir. Azərbaycan Fedrasiyonu-İsveç olaraq bu əzizdən təşəkkürlarımızı bildirmək istərdik.

 

əsas səhifə