
22 May (1 Xurdad) Güney Azərbaycanda
milli qiyamın ilə
dönümü ilə bağlı Azərbaycan
Fedrasiyonu-İsveç(AFİ) nin bəyanatı
Azərbaycanımıza
qarşı tarixi haqsızlıqlar
yapılıb. Güney Azərbaycanda,Qacarlar
devrildikdən və Pəhləvilər iş üstünə gəldikdən bəri milli varlığından
uzaqlaşmağa yönəlmişdir.
1946-cı ildən
bəri Güney Azərbaycan türklərinin haqqlarını mudafiələrə qarşı yönəltilən
çirkin siyasəti, cinayəti, işkəncə
girişimlərini unutmamışıq. Firidun İbrahimilər, Azadavətənlər və 30
mindən aşqın gəncimiz 1946-cı ildə vəhşicəsinə öldürüldü. Səfər xan kimi
namuslu insanımız 32 ildən çox tutsaq oldu. Minlərlə insanımız qara tutsaqlarda ömürlərinə son
qoyudu. Birialar və bir çox
insanımız vətəni tərk edib surgundə yaşamağı tərcih etdilər. Başqa
cinayət girişimləri de oldu: 1968-ci ildə türk dilinin elifbasini nəşr etməyə
cəhd göstərən sevimli öyrətmən Səməd Behrəngi quşqulu bir şəkildə Araz
çayında boğdular. Onun günahı sadəcə ana dilində aelifba kitabı yazmaq və
Azərbaycanda milli-ictimai haqqların tapdalanmasına qarşı yazıb-yaratmaq idi.
Başqa cinayət girişimlərindən Azərbaycan Musəlman Xalqı adlı,
milli bir dirənişdən ad çəkmək olar ki, qeyri insanı qaydalarla, İslami hakimiyyət
vasitəsilə darma-dağın oldu. Bütün hərəkat başçıları ya öldürüldü ya da uzun müddətli
həbslərə məruz qaldı. İndi isə həmən işlər çox aydın və daha qabarıqlı davam
etməkdədir. Dünyanın ən inkişaf etmiş çağlarında biz hələ də ki, hələdir ana
dilimizdə yazıb-yaratmaq haqqına sahib deyilik. Fars şövinisti milli
mənliyimizi məhv etmək uchunn gərəkli olan hər işi görüb və görməkdədir.
Anatomik işləri, davranışları məhz olaraq bağışlı gözlərdən həmdə dilim-dilim
diləmişdik. Son 10 ildə onlarca insanımız ağır həzinələr ödüyüb, basqılara
məruz qaldılar. Əmanilər, Lisanilər, Əzimilər və minlərcə vətəndaşımız
ağır işgəncələrə və yaxud uzun müddətli həbslərə məruz qalmışdılar.
2006-cı ilin
may ayında İran hakimiyyətinin rəsmi orqanı olan gİRANh qəzeti çox çirkin bir
işə əl vuraraq, bütün Türk Dünyasına heqarətlə yanaşdı. Ardınca millətimizin səbir
çanağı daşıb və üsyan etdi, çox təhqir və zülmə məruz qalan G.Aazərbaycan
türkləri ayağa qalxdı. Təbriz, Urmu, Sulduz, Ərdəbil, Xiav və... yüz minlərlə Güney
Türkü küçələrə, xiayabanlara tökülüb və birgə gHaray Haray Mən Türkəmh hayqırdılar.
Gəncliyimizin haqq səsindən vəhşətə düşən İranın totalitar hakimiyyəti onların
canına və qanına qıyarkən çoxlu insanımızı şəhid etdi və yaraladı. Yüzlərcə
vətəndaşımızı qara zindanlarına salıb, ağır işgəncələrə məruz etdi. Amma millət
qorxmadı, geriyə ayaq qoymadı. 22
may Gənclərimizin dirənişilə, qan ilə və birgə harayı ilə ebedileshdi.
Biz
Azərbaycan Fedrasiyonu olaraq Güney Azərbaycanda milli-azadlıq hərəkatınin
çiçəklənməsi gününu(22may,1 xurdad) Azərbaycan Türk millətinə təbrik edirik. Artıq,
22 may Azərbaycan tarixində bir milli bayram kimi yerləşməkdədir. AFİ Baş Komitəsi
bütün bu tarixi günü yaradan insanlarımıza sayqılarıni bildirərək, azadlıq
uğrunda canların fəda edən bütün şəhidlərimizin qarşısinda baş əyirik.
Azərbaycan
Fedrasiyonu-İsveç(AFİ)
İdarə Heyəti
2007-05-22