Azərbaycan Fedrasiyonu Güney Azərbaycanda həbsə atılan milli fəallarla bağlı amnestyə  özəl sənədlər təhvil etdi

 

Aprel 25 de İsveçin Göteborg şəhrində AFİ sədri,  Amnestyeinin Kampanya  Düzənləmə məsulu(kampanjsamordnare) Katarina Bergehed  ile Görüşmüş və son aylarda güney aktivlərigüneydə üz verən olaylarla əlagədar, Abbas Lisaninin durumudigər milli-siasi məhbuslar haqda bilgi verərək, AFİ vasitəsilə hazırlanan sənədləri Amnesti numayəndəsinə təhvil etdi.

Katarina Bergehed isə güney Azərbaycanda yaşanan olaylarla ilgili amnestynın gördüyü işlərdən bir-ne.ə numunə söylərkən, İsveçdə yayımlanan AMNESTY PRESS jornalının son sayısında həbsdə olan güney fəalı Əsgər Əkbərzadənin durumu haqda məlumat verdiklərin vurğulamışdır. 

 

 

Azərbaycan bayrağı Türkiyə fedrasiasında həmişəlik yerləşdirildi

Aprelin 24 ile əlaqədar Türkiyə fedrasiası vasitəsilə bir dəyirmi masası keçirildi.  Bu toplantıya AFİ sədri, 20 yanvar cəmiyyətin sədri, Təbriz cəmiyyətin sədri və Babək cəmiyyətin sədri qatılmışdılar. Sözdə Erməni soy qırımı və eyni zamanda Türk soy qırımı haqda , 500. 000 Azərbaycan türkün (güneyli-quzeyli) ermənilər vasitəsilə soy qırımına məruz qaldıqları barədə danışıqlar aparılmışdır.

Türk fedrasiası xocalı şəhidlərin xatırın əzizləmək üçün, yaxın günlərdə şəhidlərimizə həsr olunmuş bir abidənin düzəlməsindən xəbər verdi. Dəyirmi masanın sonunda Azərbaycan bayrağı Türkiyə fedrasiasının ofisinə nəsb edilmişdir.

AFİ sədri Atatürk dərnəyinin fəxri üzvü seçilib!

Malmö şəhrində Türkiyə  və Azərbaycan dərnəklər icmasında iki tərəfləi əməkdaşlıqlardan söhbət edildi. Hər iki tərəf yaxın günlərdə birgə tədbirlərin irəli sürülməsin diqqətə çəkərək, bir millət bir təşkilat kimi çıxış etməklərin onayladılar.

35 000 000 Güney Azərbaycanlı soydaşımızın milli hərəkatına arxa durmaq, Qarabağın işqalına son qoymaqla bağlı birgə hərəkətə geçəcəklərin, sözdə Erməni soy qırımı ilə bağlı birgə lobbiçilik yapmağı mənimsəyən icma , başarı ilə sona çatdı. Toplantıdan öncə AFİ sədri Atatürk dərnəyinin qonağı olarkən bu dərnəyin fəxri üzvü seçildi.

                                             

əsas səhifə