Azərbaycan

Fedrasiyonu

İsveç(AFİ)

   
 

Svenska

AFİ təqivmi

E-post lista

Əlaqə

Yenilik


İÇİNDƏKİLƏR

 9-cu qurultay  
 İdarə Heyəti
 Nizamnamə
 Cəmiyyətlər
 Protkollar
 Projə və planlar
 Qərarlar
 Dərnək statistiki
 Güney Azərbaycan
 Qarabağ
 Linklər
 Arxiv

 

   

Məqsəd vətəndirsə AFİ yeni başqanın himayət etməliyik

 Sayqı dəyər AFİ üzvləri!

Son iki ildə və bütün çətinliklərə baxmayaraq məni AFİ sədri olaraq himayət etmişsiniz. İdarə heyətimizin tərkibində olan bütütn insanlarımıza sayqı və himayəniz olmuşdur. Çatışmamazlıqlar və nüqsanlara baxmayaraq bizdə ayaq üstə durmağı başardıq. AFİ azərbaycanlıların ən yaşlı və yoğun diaspora təşkilatı kimi zirvələrdə göründü və görünəcəkdir. Bunlar hamısı siz əziz azərbaycanlıların himayətilə ortaya çıxmışdır. Təbii ki, güclü AFİ hər nədən öncə anti Azərbaycan qüvvələrini narahat edib və edəcəkdir.

Sevgili vətəndaşlar!

AFİ zamanında yeni bir ,cana,qana, yeni fikirə və bəlkə ikinci düşüncə tərzin rəhbərlik etməsinə ehtiacı olmuşdur. Bu zamanın tələbidir. 7-ci qurultay və siasi-ictimai quruplaşmaların formalaşması, buluk bağlamaqların zirvə nüqtəsinə çevrilsədə ancaq 8-ci qurultay və birləşmələr biz azərbaycanlıların ortaq stragia və birgə hərəkət edəcəyimizi sübuta yetirdi. Nəticəsidə o oldu ki, AFİ bir il ərzində 40 dan çox tədbirə qol çəkdi. Bu başarılarda hamının az-çox səhmi var idir. 9-cu qurultay ən samballı qurultay olsada (dediklərə dayanaraq) ama güclü alternativlər ola bilmədiyi üçün AFİ tərkibində böyük dəyişiklərə səbəb olmuşdur.

Əziz Azərbaycanlılar!

Bu gün AFİ yeni bir qan,yeni bir can və daha doğrusu böyük bir şoka gərəyi olmuşdur. İşlər istədiyimiz kimi irəli getmirdi. Şəxsən və başda özümü sorumlu hiss edərək ən uyğun qərarı vərmək niyyətinə gəlmişdim.

 İşlərimin yoğun olması, təhsil və eyni zamanda İsveç-Azərbaycan Stratejia Aaraşdırmalar Mərkəzinə daha artıq zaman ayırdığım üçün vəzifəmi irəli sürmək mümkün deylidir.

İdarə heyətinin təşkil etdiyi toplantısında bu məsələni irəli sürərək, vəzifəmdən azad edilməmi xahiş etdim. Əks halda sayın Səttar Sevigin cənabların AFİ başqanı kimin fəaliyyətlərin irəli sürməsin tələb etdim. Bu məsələ idarə heyətimiz tərəfindən və nizarət təftiş komitəsinin sədri sayın Aslan bəyin huzurunda onaylanıb və artıq bu önəmli vəzifəni dəyərli əzizimiz Səttar bəy irəli sürəcəyini sevinclə sizlə paylaşmalıyam. İsveçdə yaşayan bir azərbaycanlı kimin var gücüm ilə bu insanı dəstəkləyib və dəstəkləmənizi xahiş edərdim. Məqsəd vətəndirsə AFİ yeni başqanın himayət etməliyik.

Şəxsən bu tarixdən AFİ də heç bir görəvim olmasını xatırladaraq, təhsil və idmanla yanaşı Azərbaycan həqiqətlərilə , İsveçin siasi partyaları ilə əməkdaşlıq etməyi düşünürəm.

 

Güney Azərbaycana qurtuluş

Qarabağa azadlıq arzusuilə

 

Dərin hörmət və sayqı ilə

Məmmədrza Ağapur

2008-02-10

 
 
 

9- cu qurultayın şəkilləri

tıxlayın

9-cu qurultayın  protokollu

tıxlayın

 

Isveçdəki vətəndaşlarımızın uğurları

tıxlayın