Azərbaycan

Fedrasiyonu

İsveç(AFİ)

 

 

 

Svenska

AFİ təqivmi

E-post lista

Əlaqə

Yenilik

İÇİNDƏKİLƏR

 9-cu qurultay  

 İdarə Heyəti

 Nizamnamə

 Cəmiyyətlər

 Protkollar

 Projə və planlar

 Qərarlar

 Dərnək statistiki

Güney Azərbaycan

 Qarabağ

 Ciloluq

 Linklər

 Arxiv

 

 


Google ©2007 AFI Google

 

 

AFİ-nin Stockholmda keşirilməsi nəzərdə tutulmuş Xocalı soyqırımına həsr olunmuş tədbirlərin təşkilatşılarına müracəti!

Tarix boyu torpaqlarımıza təcavüz edən erməni işğalçıları 1992 il fevral ayının 26.da rus-sovet ordu birləşmələri ilə birlikdə 20-si yüzilliyin sonunda millətimizə qarşı misli görünməmiş bir soyqırım törətmişlər. Azərbaycan hakimiyətində gedən siyasi çəkiçmələrdən məharətlə istifadə edən erməni quldurları 366-ci motoatıcı rus-sovet hərbi alayının tərkibində gecə ikən Xoçalı şəhərinə  hücum edərək şəhər sakinlərini vandalcasına məhv etmişlər.

Hadisə zamanı müxtəlif işgəncə metodlarından istifadə edən erməni və rus quldurları Xocalını işğal edərək şəhərdə qoca, cavan, qadın, kişi, böyük, uşaq fərqinə varmadan yüzlərcə günahsız və əliyalın həmvətənimizi və soydaşımızı qətlə yetirmişlər. Əsir götürülənlərin bir çoxundan bu gün də xəbər olmamasına baxmayaraq bütün dünya onların taleyinə biganədir. Xocalı şəhəri hələ də düşmən işğalında olduğundan sağ qalmış şəhər sakinləri bu gün də evlərindən didərgin salınmış vəziyətdə yaşamaqdadırlar.

Bu müdhiş hadisədən 16 il keçməsinə baxmayaraq Dünyanın bir çox ölkələrində yaşayan soydaşlarımız hər il Xocalı soyqırımını müxtəlif mərasimlərlə anıb,yada salırlar. Diaspora və lobbiçilik fəaliyyəti ilə məşğul olan belə təşkilatlar əsasən ərazisində məskunlaşmış ölkələrin vətəndaşlarının və dövlət organlarının bu məsələyə diqqətini cəlb etməlidirlər.

Məhz elə bu məqsədlə İsveçin paytaxtı Stockholm şəhərinin ən böyük meydanlarından birində ayrı-ayrı qurumların təşkilatçılığı ilə iki gün dalbadal mitinq keçirilməsi nəzərdə tutulub. Bunlardan biri fevralın 23-ü saat 16.00 dan saat 18.00 qədər Sergelstorg meydanında keçirilməsi nəzərdə tutulmuş mitinq, digəri isə yenə də eyni adlı meydanda fevralın 24-ü saat 14.00 dən 15.00 dək keçirilməsi nəzərdə tutulan tədbirlərdir.

Hörmətli həmvətənlər,Əziz yurddaşlar!

Bütün bu yuxarıda qeyd etdiyimiz məsələləri nəzərə alaraq Azərbaycan Federasiyası İsveç-AFİ bu tədbirlərin təşkilatçılarına müraciət edərək sizi bu faciəmizin anım mərasimini birlikdə keçirməyə çağırır. Bu həm də şəhidlərimizin ruhuna böyük hörmət, sayğı olardı.

Gəlin bütün umu-küsüləri bu ağır günlərdə kənara qoyub birləşərərək, Vətənimiz Azərbaycan uğrunda mübarizəmizi birlikdə davam etdirək. Güneydə və Quzeydə verdiyimiz qurbanlar kifayətdir ki, biz öz içimizdən düşmən axtarmağa son qoyaq.Babalarımızdan bizlərə miras qalmış Vətənimiz Azərbaycana biz, yalnız biz sahib durmalıyıq, biri-birimizi öz içimizdən məhv etməklə yalnız çoxunluqda olan düşmənlərimizi sevindiririk.

Allah Azərbaycan uğrunda canlarını qurban vermiş bütün şəhidlərə rəhmət eləsin!

Tanrı Güneydən-Quzeyə, Batıdan-Doğuya qədər bütün Azərbaycanımızı qorusun!

Əziz Vətən övladları,sizə bu mücadilədə uğurlar arzusuyla;

Azərbaycan Federasiyası İsveç –AFİ İH adından

Sayğılarla AFİ sədri Səttar Sevigin.

www.azfi.org  

settar_ss@yahoo.se

+46707150117

əsas səhifə

 

9- cu qurultayın şəkilləri

tıxlayın

9-cu qurultayın  protokollu

tıxlayın

 

Isveçdəki vətəndaşlarımızın uğurları

tıxlayın