AFİ sədrindən açıq məktub
Azərbaycan Federasyonu İsveç AFİ-yə doğma
yanaşaq!
Hörmətli Mənsur bəy Cəsuroğlu,Internet səhifəsində şəxsi
məsələləri yerləşdirmək və bu məsələləri Azərbaycan fəaliyyətinə
gətirmək yalnız düşmənləri sevindirir.
Mən Rahim bəylə olan yazıları çox ciddi-cəhdlə
dayandırılmasını sizdən xahiş edirəm.
Biz Azərbaycan Federasiyası olaraq vətənimizdən xaricdə
iqtidar-müxalifət davasına girmədən vətəndaşlarımızın
hüquqlarını müdafiə etməliyik.Bu sahədə İsveçə gələn
yurddaşlarımızın keçmişindən,onların nədən vətəni tərk
eləməklərindən asılı olmayaraq əlimizdən gələni əsirgəməməliyik.
Keçmişdə AZTV-də işləməyə gəldikdə isə yalnız qrur vericidir.
AZTV bizim milli televiziyamızdr. AZTV dən dilimizi,
mədəniyətimizi, tariximizi, mənliyimizi öyrənmişik və öyrənirik.
Hörmətli Mənsur bəy,AFİ(Azərbaycan Federasyonu İsveç)-yə isə
doğma yanaşmanızı sizdən xahış edirəm.Siz səbəbi nə olursa olsun
indiyə kimi AFİ-nin toplantılarına qatıla bilməmisiniz, amma
buna baxmayaraq nədənsə tez-tələsik növbədən kənar qurultay
çağırırsınız.Qurultaylar keçirməklə çətinlikləri aşmaq olmaz.Bir
təşkilatçı kimi bunu siz yaxşı bilməlisiniz.Dünyanın harasında
olmasından asılı olmayaraq Azərbaycan təşkilatları konkret iş
görməlidirlər.Biz artıq öz içimizdə vurnuxmaqdan əl
çəkib,vətənimizin xaricdə lobbiçiliyi ilə məşğul olmalıyıq.
AFİ İsveç normalarıyla yaranan,dünyada başda gələn fəal
təşkilatlardandır.Artıq təçkilat bu il 10 illiyinə qədəm
qoyub.Onu da nəzərinizə çatdırıram ki,hörmətli Mənsur bəy,AFİ
”təşkilat xatirinə yaranan” təşkilat deyildir. İsveçdə fəaliyyət
göstərən bu təşkilatımız bu sahədə təcrübələri olan
yurddaşlarımızın aylarla zəhmətləri və əməyi nəticəsində,eləcə
də təşkilat sahəsində təxəssüsü olan isveçli alimlərin yardımı
ilə yaranmış bir Federasiyadır.
Yarandığı bu 10 ildə AFİ çox keşmekeşli yollardan
keçmişdir.AFİ-nin fəaliyyətində parlaq illəri və ağır günləri də
olmuşdur.Ancaq ən ağir durumlarda belə yürddaşlarımızın əzmi
nəticəsində təşkilatımız fəaliyyətini dayandırmamış əksinə
gələcəyə daha da inamla addımlamışdir.Biz dəyərli
yurddaşlarımızın təcrübə və bacarıqlarından istifadə edərək
AFİ-ni, 10 ildə şərəfli yol keçmiş Azərbaycanımız yolunda
durmadan çalışan bu Təşkilatımızı bu günkü çətin durumdan da
çıxmasına əminik!
Biz heç bir zaman düşmənlərimizin sevinməsinə imkan
verməyəcəyik!
Sayğılarımla
Səttar Sevigin
AFİ -Azərbaycan Federasyonu İsveç sədri.
+46707150117
settar_ss@yahoo.se
Stockholm 2008-02-14