|
AFİ sədri Səttar Seviginin İsveçin Xarici İşlər Nazirliyində
görüşü.
2008-ci il fevral ayının 21-də Stockholmda AFİ sədri Səttar
Seviginin UNESCO-nun qərarı ilə hər il 21 fevral tarixində dünyada
qeyd olunan Ana dili günü və 1992-ci ildə erməni-rus hərbi
birləşmələrinin Azərbaycan rayonu Xocalıda XX əsrin sonlarında
Azərbaycan xalqına qarşı törətdikləri misli görünməmiş soyqırımı ilə
əlaqədar İsveç Xarici İşlər nazirliyinin Orta Avropa Şimali Afrika
və İranda yaşayan xalqlar üzrə Deportamentinin səfiri Jonas Vendel
və həmin deportamentin katibi Ulf Samuelssonla görüşü oldu. Bir
saatdan çox davam edən ikitərəfli görüşdə Güney Azərbaycanda yaşayan
soydaşlarımızın tarixi mücadilələrindən, onların zaman-zaman İranda
hakimiyyətdə olan rejimlər tərəfindən əzilməsindən, Türk dilinin
yasaq olmasından, Səttərxanın, Xiyabaninin və Pişəvərinin başçılığı
ilə ayrı-ayrı dövrlərdə İranda baş vermiş inqlablardan və nəhayət
2006-ci il mayın 22 də başlanmış xalq etirazlarından və rejim
tərəfindən indi də davam edən insanların təqiblərindən danışan AFİ
sədri diplamatların nəzərini bu məsələyə daha da artıq yönəltməyə
çalışdı.Səfirin “Azərbaycanda bu etirazlari yönəldən bir təşkilat
varmı?”sualına Səttar bəy Azərbaycan xalqının sülhsevər və
demokratik bir xalq olduğunu dilə gətirərək bildirdi ki, təssüff ki,
belə bir hazırlıqlı təşkilatın Güney Azərbaycanında olmasına hər
zaman İran rejimi tərəfindən qadağalar qoyulmuşdur.Amma bütün
bunlara baxmayaraq xalq özü küçələrə,meydanlara çıxaraq etiraz
səslərini bu gün də dünyaya yaymaqdadırlar. Hər il eramızın VIII əsrində
ərəb istilaçılarına qarşı vuruçmuş Babək Xürrəmiinin ad gününü qeyd
etmək məqsədi ilə milyonlarla insan Babək Qalasına yığışaraq öz
istiqlalları uğrunda mübarizə aparırlar. 2004-cü ildə Iranın
Azərbaycan vilayətində yerləşən Təbriz şəhərində UNESCO tərəfindən
qəbul edilmiş ana dili günü qeyd olunmuşdur. Bundan əlavə, bir
kongress keçirilmişdir və bu kongress zamanı BMT(Birləşmiş Millətlər
Təşkilatı) ana dili haqqı üzrə qətnaməsinə əsaslanaraq birlikdə ana
dili haqqını qazanmağa doğru mübarizəni davam etdirmək qərara
alınmışdır. Kongress zamanı səslənən müraciətlər 4 dildə çap edilmiş
və Iranın dövlət təşkilatlarına, BMT və UNESCO –ya göndərilmişdir.
Belə mədəni fəaliyyətlərin qarşılığında isə tarixi Azərbaycan
torpaqlarında Dünyada terrorist təşkilatı kimi tanınan və əsasən də
Türkiyədə terror əməllərini həyata keçirən PKK təşkilatının
dəstəklədiyi PJAK terror təşkilatı bu gün də fəaliyyət göstərir.
Səfir Jonas Vendel bir neçə dəfə İranda olduğunu və bu
məsələlərin İsveç höküməti tərəfindən diqqətlə izlənildiyini
bildirərək,insan haqqları sahəsində məsələləri araşdıracaqlarını da
dilə gətirdi.
Söhbətin ikinci bölümü Dünyadakı münaqişə zonalarına həsr olundu.
AFİ sədri Dünyadakı münaqişələrin sülh yolu ilə həllində istər
Avropa Birliyi çərçivəsində, istərsə də öz təşəbbüsü ilə demokratik
dəyərlərə söykənmiş İsveç hakimiyyətinin xüsusi rolunu qeyd etdi.AFİ
sədri Azərbaycanın tərkib hissəsi olan Qarabağ münaqişəsinin sülh
yolu ilə həllində yorulmadan çalışan İsveç hakimiyyətinə təşəkkürünü
bildirərək zaman-zaman erməni terroruna tuş gəlmiş xalqımızın bu
terrordan çəkdiyi əzaba və verdiyi məhrumiyyətlərə toxundu. 1992-ci
ildə baş vermiş Xocalı qətliamından geniş söhbət açan Səttar bəy bu
qətliamı erməni hərbi birləşmələri sovet-rus qooşunlarının tərkib
hissələri tərəfindən törədildiyini diplomatların nəzərinə
çatdırdı.AFİ sədri onu da qeyd elədi ki, Ermənistan Respublikasına
bu sahədə Rusiyayla yanaşı dini mənsubiyyətinə baxmayaraq İran İslam
Respublikası da yardım edir.İranda və Ermənistanda keşirilən
seçkilərə toxunan S.Sevigin Azərbaycan xalqinin narahatlığını və bu
seçkilərdən bizim xalqımızın müsbət nəticələr gözlədiyinə də inanmaq
istədiyini dilə gətirdi. AFİ sədri onu da qeyd etdi ki,1993-cü ildən
Azərbaycanın o zamankı prezidenti Heydər Əliyevin təşəbbüsü ilə elan
olunmuş atəşkəs rejiminə baxmayaraq Azərbaycan torpaqlarının 20
faizi bu gün də işğal altındadır və artıq xalq cana doyub.
Sonda AFİ sədri Səttar Sevigin isveş və ingilis dillərində olan
Güney Azərbaycanına aid çoxcildli sənəd və diskləri, ”Erməni terroru”
adlı Azərbaycan Respublikasında çap olunmuş kitabı və bu terrordan
bəhs edən diski diplomatlara təqdim etdi. Görüşdə AFİ təşkilat
məsulu Rahim Sadıqbəyli də iştirak etdi.
AFİ sədr müavini Rahim Sadıqbəyli.
+46704402436
www.azfi.org
rahim.sadiqbeyli@gmail.com
    
|