AFİ İH-nin 5-ci növbəti iclasının protokolu.
İştirakçılar :
1.Məmmədrza Ağapur AFİ sədri
2.Rahim Sadıqbəyli AFİ təşkilat məsulu
3.Səttar Sevgin AFİ ilişgilər məsulu
4.Nadir Hollenbrand AFİ maliyyə məsulu
5.Aslan Ərəbloui AFİ NTK sədri
Gündəlikdə duran məsələlər :
1.AFİ-nin bu günkü durumu,
2.AFİ-nin maliyyə vəziyyəti,
3.Cari məsələlər.
Gündəlik qəbul olunandan sonra NTK sədrinin ünvanına gəlmiş
məktubla bağlı müzakirələr başladı.Məktub müəllifinin iddiasına
görə AFİ başqanı və İH-nin ayrı-ayrı üzvləri Azərbaycan
Respublikası XYAİDK (Diaspora Komitəsi) ilə qeyri şəffav əlaqələr
yaradıb və yuxarıda adı çəkilən Dövlət Təşkilatından AFİ adına
5400 Avro məbləğində pul alınıb.Aslan bəyin AFİ sədri Məmmədrza
Ağapura ünvanladığı suala cavabında M.Ağapur bunun heç bir əsası
olmadığını və pulun 5400 avro deyil,ABŞ dolları olaraq AFİ başqanı
kimi yox şəxsən özünün bu qurumdakı məmurlarla şəxsi münasibətlər
nəticəsində aldığını və yeni dərnəklərin yaradıldığına sərf
etdiyini bəyan elədi.
AFİ-nin indiki durumuna toxunan Səttar bəy İsveçdəki
cəmiyyətlərin və təşkilatların AFİ-dən üz döndərmə səbəblərini
aydınlatmaqla yanaşı AFİ-nin fəaliyyətini qeyri normal olduğunu və
qənaətbəxş olmadığını dilə gətirdi.
Aslan bəy vurğuladı ki,bu gün İH-də vəzifələr dəyişilsin və
növbəti qurultaya tam hazırlıqlı gedilsin.Rahim Sadıqbəyli öz
məsuliyyətini Səttar bəyə verilməsi və AFİ-də katib vəzifəsnin
yerinə yetirilmədiyini nəzərə alaraq bu səlahiyyəti boynuna
götürməyi təklifi elədi.
NTK sədri Aslan bəy M.Cəsuroğlunun İsveçdə qeyri-sabit
yaşadığını və iclaslara qatıla bilməməsini nəzərə alaraq, onun
katib kimi vəzifəsinin IH tərəfindən dondurulmasi təklifini irəli
sürdü. Irəli sürülən təklif IH tərəfinden qəbul olundu.M.Ağapur
işlərinin çox olmasını və AFİ üçün artıq vaxt ayıra bilmədiyini
söyləyərək AFİ-ni indiki vəziyyətdən qurtarmaq üçün istefa
verdiyini və bu vəzifəyə Səttar bəyin namizədliyini təklif
elədi.İH M.Ağapun isefaasını qəbul edib.Səttar Seviginin
sədrliyini qəbul elədi.
AFİ NTK-sı 9-cu qurultaydan bu günə kimi Məmmədrza Ağapurun
maliyyə cavabdehliyini saxlayır və maliyyə hesablarını təftiş
edəndən sonra onu bu məsuliyyətdən azad edəcək.
Qəbul olunmuş qərarlar:
- AFI IH-də vəzifələr dəyişilsin.
- Rahim Sadıqbəyli öz vəzifəsində qalmaqla həmçinin AFİ katibi
səlahiyyətini də icra etsin.
- Məmmədrza Ağapurun istefası qəbul olunsun.
- Səttar Seviginin AFİ sədrliyi qəbul olunsun.
- Mənsur Cəsuroğlu katib vəzifəsindən azad olunsun.
- AFİ İH sədri və üzvləri AFİ-dən uzaqlaşmış təşkilatlarla
intensiv iş aparilsın.
- Bu tarixdən etibarən AFİ-nin mədaxil və məxaric hesabları
İH-nin qərarı əsasında müvafiq qəbz və sənədlərin qarşılığında
aparılsın.
İclasın katibi Rahim Sadiqbəyli.
Zaman və məkan: 09.02.2008 saat 13.00-17.00 Linköping