AFİ Baş Komitəsi toplantısının protokolu (2)

Stokholm, Sollentuna                                        06.11.30

 

Baş Komitənin üzvlərinin sayı 9 nəfər

İştirak edir 8 nəfər

Məhəmmədrza Ağapur

Əfsanə Sevigin

Əli Ağayev

Səttar Sevigin

Siyavuş Yusifli

Teymur Eminbəyli

Bəhmən Nəbizadə

Əli Mollazadə

 

Toplantının gündəliyi

 

1.Qurultaydan sonrakı bir ay muddətində görülmüş işlər barədə

2.21 Azər Güney Azərbaycanda Milli Hökumətin yaradılmasının ildönümü ilə bağlı tədbir keçirilməsi barədə

3.31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə tədbirlər planın müəyənləşməsi

4.İranda yaşayan qeyri fars millətlərin durumu ilə bağlı BMT-nin qəbil etdiyi qətnaməyə münasibət

5.İsveç parlamentində Güney Azərbaycan türklərinin durumu ilə bağlı müzakirə olunacaq layihəyə münasibət

 

Birinci məsələ ilə bağlı müzakirələr zamanı məlum oldu ki, qurultaydan sonrakı dövrdə Əfsanə Sevigin məlumat verdi.Məlum oldu ki, bu dövr ərzində İnteqrasiya və ABF idarələri ilə əlaqə saxlanılıb və AFİ sənədlərinin qaydaya qoyulması ilə bağlı danışıqlar aparılmışdır. Danışıqlar zamanı İnteqrasiya İdarəsi tərəfindən Afİ-dın lazımi sənədlər istənilmişdir.Bundan başqa məktubların bir ünvana gəlməsi üçün poçt sandığının açılması haqda da razılığa gəlinmişdir.

 

Müzakirələrdən sonra toplantı iştirakçıları qərara alır.

1.Dekabrın 8.dək AFİ-yə üzv dərnəklərdən uyğun sənədlər toplanaraq İnteqrasiya İdarəsinə təqdim olunsun.

2.Bu sənədlərin toplanması İnteqrasiya məsulu Siyavuş Yusifli və toplanmasına nəzarət başqan yardımçısı Əfsanə Seviginə tapşırılsın.

 

İkinci məsələ ilə bağlı Teymur Eminbəyli və Səttar Sevigin məlumat verdilər.

 

 Müzakirələrdən sonra toplantı iştirakçıları qərara alır.

  1. 21 Azər Güney Azərbaycanda Milli Hökumətin yaradılmasının ildönümü ilə bağlı Stokholm və Goteborq şəhərlərində tədbir keçirilsin.
  2. Stokholmda tədbirin keçirilməsinə məsul başqan yardımçısı Əfsanə Sevigin, Goteborqda isə başqan M.Agapura tapşırılsın.
  3. Bu məsələlərlə bağlı informasiya verilməsi və təbliğat aparılması Katib Əli Ağayev və T.Eminbəyliyə tapşırılsın.
  4. Stokholmda tədbirin keçirilməsi üçün yer alınması Ali Mollazadəyə tapşırılsın.

Üçüncü məsələ ilə bağlı Ə.Ağayev və T.Eminbəyli məlumat verdilər.

 

Müzakirələrdən sonra toplantı iştirakçıları qərara alır.

 

  1. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə tədbir keçirilsin
  2. Tədbirin keçirilməsi üçün təşkilatçılıq məsələləri maliyə məsulu B.Nəbizadə, təbliğat məsulu T.Eminbəyli, katib Ə. Ağayev və inteqrasiya məsulu S.Yusifliyə tapşırılsın.