Azərbaycan Federasyonu İsveçin(AFİ) İdarə Heyəti toplantısının

                                                protokolu.  No 1 

Stokholm                                                          2006.11.04

 

İH üzvlərinin sayı         9 nəfər

İştirak edir                    9 nəfər

1. Məhəmmədrza Ağapur

2. Əfsanə Sevigin

3. Bəhmən Nəbizadə

4. Səttar Sevigin

5. Əli Agayev

6. Siyavuş Yusifli

7. Teymur Eminbəyli

8. Əli Mollazadə

9. Səid Əzizi

 

 

NTK üzvü

1.Aslan Arablui

2. Rahim Sadıqbəyli

 

Gündəlik məsələlər

 

1. AFİ qurultayında seçilmiş İdarə Heyəti üzvlərinin vəzifə bölgüsü

2. 21 Azər Tədbiri ilə bağlı müzakirələr

 

Birinci məsələ ilə bağlı T.Eminbəyli məlumat verdi. Bildirdi ki, nizamnaməyə əsasən ötən qurultayda İdarə Heyətinə seçilmiş şəxslər arasında vəzifə bölgüsü aparılması məqsədi ilə onlarla uyğun danışıqlar aparılmışdır. Danışıqlar aparılarkən vəzifələrə təyin olunacaq şəxslərin şəxsi keyfiyyətləri, iş təcrübələri və bacarıqları nəzərə alınmışdır.

Məsələ ilə bağlı, toplantı iştirakçılarının hər biri fikir bildirdilər.

 

Müzakirələrdən sonra toplantı iştirakçıları

QƏRARA alır

 

  1. İdarə Heyəti üzvlərinin vəzifə bölgüsü aşağıdakı kimi müəyyənləşdirilsin

Başqan - Məmmədrza Ağapur

Başqan yardımçısı - Əfsanə Sevigin

Katib - Əli Ağayev

Maliyə məsulu - Bəhmən Nəbizadə

İlişkilər məsulu - Səttar Sevigin

İnteqrasiya məsulu - Siyavuş Yusifli

Təbliğat məsulu - Teymur Eminbəyli

Əvəzedicilər - Əli Mollazadə və Səid Əzizi

  1. Vəzifələrə təyin olunmuş şəxslərə dərhal bu vəzifələrin icrasına başlamaları tapşırılsın.

İkinci məsələ ilə bağlı Səid Əzizinin məlumatı dinlənildi. O bildirdi ki, 21 Azər tədbirinin keçirilməsi üçün Güney Azərbaycandan bura Çingiz Mehdipurun rəhbərliyi ilə aşıqlar ansamblı gəlməsi nəzərdə tutulmuşdur. Bu ansamblın Avropanın bir sıra ölkələrində iştirakı nəzərdə tutulur.

 

Müzakirələrdən sonra toplantı iştirakçıları

QƏRARA alır

 

1. Stokholm və Yoteborg şəhərlərində 21 Azər gününə həsr edilmiş tədbir keçirilsin.

2. 21 Azər tədbirinin keçirilməsinə rəhbərlik ilişkilər məsulu S.Seviginə tapşırılsın.