Qarabağda qeyri-qanuni prezident seçkiləri İsveç parlamentində qaldırılmalıdır!
Qarabağ munaqişəsi və qeyri-qanuni seçkilər İsveç parlamentində qaldırılmalıdır. Bu məsələ və istəyi AFİ başqanı Məmməd Rza Ağapur rəsmi formada İsveç parlamaentinin depotati Hans Rothenberg-ə təqdim etdi.

AFİ başqanı, İyulun 19-da tarixən Azərbaycan topraqları olan işğal olunmuş Dağlıq Qarabağ ərazisində yaranmış tanınmayan respublikada prezident seçkilərinin keçirilməsin pisləyərək , bu seçkiləri BMT Təhlükəsizlik Şurasının qərarlarına və ATƏT ölkələrinə qarşı yönəlmiş açıq hörmətsizlik sayıb, bu məsələni İsveç kimi barışsevən ölkənin parlamentində muzakirəyə qəbul olunmasın tələb etdi. AFİ sədri, qeyri-qanuni seçkiləri muşahidə etdikdən sonra və Uluslararası (822, 853, 874, 884) qərarlar sayqısızlıqdan sonra bu məsələnin İsveçin parlamentində gündəmə gətirilməsin vacib və önəmli işlərdən saydı. Hans Rothenbarg AFİ nin rəsmi məktubun və bir-neçə önəmli sənədi(BMT nin 822, 853, 874, 884 qərarların) AFİ başqanından təhvil aldıkdan sonra, bu məsələnin əhəmiyyətin vurqulayıb,bu istiqamətdə fəaliyyət göstərəcəyini vurğuladı.
Bu görüş İsveç Parlamentinin Yöteburqdakı qərargahında gərçəkləşmişdir. Məmməd Rza Ağapur bu görüşdə Hans Rothenberg-ə sənədlər kənarında Ermənilərin törətdikləri teror və cinayətlərilə ilgili bir sənədli kitab və neçə CD təhvil etdi.

