Parçalanmağa məruz qalmış Azərbaycan Federasyonu-İsveçin (AFİ)VIII Birlik Qurultayı uğurla başa çatdı


Ötənilki qurultay zamanı ikiyə parçalanmağa məruz qalmış AFİ oktrabrın 28-29-da Yoteborq şəhərindəkiAzərbaycan evində” 8-ci Birlik qurultayını keçirdi. Qurultayda AFİ yarandığı vaxtdan indiyədək ilk dəfə olaraq 23 təşkilatdan seçilmiş 107 nəfər mandatlı nümayəndə iştirak edirdi. Parçalanmış tərəflərin hər ikisininhələlik federasyonun üzvü olmayan bir neçə neytral təşkilatın da qatıldığı qurultay iki günlük fəaliyyətdən sonra hamını bir araya gətirə bildi. Bu qurultaydan başlayaraq artıq İsveç azərbaycanlılarılarının fəaliyyəti bir arada olacaqdır. Qurultayda Əli Mollazadə, Əfsanə Sevigin, Əli Ağayev, Məmmədrza Ağapur, Teymur Eminbəyli, Səttar Sevigin, Siyavuş Yusifli, Səid ƏziziBəhmən Nəbizadədən ibarət hər üç fraksiyanı təmsil edən 9 nəfərlik baş komitə seçildi. Qurultay Azərbaycanın milli bayrağıdövlət himnimizlə başlasa da, bir sıra güney Azərbaycan təşkilatlarının bayraqlarının da masalar üzərinə qoyulmasına razılıq verildi. Tam demokratik bir ab havada keçirilən bu qurultayın əsas məqsədi hamının bir arada olmasınamilli varlığımızın tanınması yolunda təşkilatlarımızın birləşməsinə yönəldiyindən tədbir bayram əhval ruhiyəsində başa çatdı.
Qurultayin başqanı yeni nizamnaməyə əsasən səsvermə zamanı ən çox səs toplamış Məmmədrza Ağapur seçildi.
Xatırladaq ki, İsveç mühacir azərbaycanlıların ən çox məskunlaşdığı ölkələr sırasında, AFİ isə soydaşlarımızın yaratmış olduqları çeşidli qurumları federasiya şəklidə bir araya gətirmiş dünya ölkələri içərisində yeganə Azərbaycan təşkilatlatıdır.
Yarandığı gündən indiyədək müstəqil fəaliyyətə üstünlük vermiş bir çox təşkilatlarımız kimi bu təşkilatın da başı üzərindən soyuq küləklər əsməsinə baxmayaraq, AFİ yenə də ayaqda dura bildi. Buna, bir neçə ay öncə İsveç dərnəklərinin bir araya gələrək yaratmış olduqları birləşdirmə komisiyasinin gərgin fəaliyyəti səbəb olsa da, bu ölkədə yaşayan soydaşlarımızın əzmiradəsi həlledici rol oynadı.
Sevindirici haldır ki, bir sıra bəd niyyətlərin hücumu qarşısında zəifləməyə məruz qalmış AFİ bu gün yenə də onlarla dərnəyi, yüzlərlə insanı öz sıralarında birləşdirmək missiyasını yerinə yetirməkdədir.
Qurultayın sonunda İsveçdə yaşayan ünlü sənətçimiz Araz Elsəs üsyankar mahnıları ilə soydaşlarımız qarşısında çıxış etdi.