|
Azərbaycan
Fedrasiyonu-İsveç(AFİ)
9-cu qurultayı uğurla başa çatdı
Azərbaycan
Fedrasiyonu-İsveç(AFİ) 9-cu qurultayın İsveçinYöteburq şəhrində
və Äplle Hotelin konfrans zalında keçirdi. İştirakçıların
dedikləri əsasda keçirilən qurultay öz sırasında organizə
işləri və qurultayın gedişatı baxımından taysız bir qurultay
olmuşdur. Qurultayda Məmmədrza Ağapur, Rahim Sadıqbəyli,
Səttar Sevigin, Davud Savalanoğlu(Xaqan Baycan), Pərvanə Urmulu,
Nadir Holanbrand, Mənsur Cəsuroğlu, Turan Əlisoy, Naibə
Babayevadan ibarət 9 nəfərlik baş komitə seçildi.
Qurultay
Azərbaycanın milli bayrağı və dövlət himnimilə başlamış, ardıca
ABF təşkilatın numyaəndəsi Rza Talebi,
Iraq-Türkman Fedrasiasının rəhbəri Fazil Əkbər ,Türkiyə
Fedrasiyonun başqanı Həsən Dölək, Dünya Türkmən
Birləşik təşkilatın Avrupa sədri Toylu Suwhanli çıxış
etmişdirlər.
Qurultay zamanı
Azərbaycanlı artist Qurban bəy İsmailovdan AFİ
təşkilatı vasitəsilə təqdir olundu. İki gün və tam demokratik
bir ab havada keçirilən bu qurultayın əsas məqsədi hamının bir
arada olmasına və milli varlığımızın tanınması yolunda AFİ nin
inkişafa yönəldiyindən tədbir bayram əhval ruhiyəsində başa
çatdı.
Türkdilli
xalqların təşkilat rəhbərlərinin ilk dəfə olaraq qonaq kimi AFİ
qurultayında iştirak etməkləri çox maraqla qarşılandı.
Qurultayda Azərbaycan həqiqətlərilə ilgili(Qarabağ və Güney
Azərbaycada milli hərəkatı ilə ilgili) sənədli bir film numayış
etdirildi. Xatırladaq ki, İsveç mühacir azərbaycanlıların ən çox
məskunlaşdığı ölkələr sırasında, AFİ isə soydaşlarımızın
yaratmış olduqları çeşidli qurumları federasiya şəklidə bir
araya gətirmiş dünya ölkələri içərisində yeganə Azərbaycan
təşkilatdır. Yarandığı gündən indiyədək müstəqil fəaliyyətə
üstünlük vermiş bir çox təşkilatlarımız kimi bu təşkilatın da
başı üzərindən soyuq küləklər əsməsinə baxmayaraq, AFİ yenə də
ayaqda dura bildi.
Qurultayın
sonunda İsveçdə yaşayan sənətçimiz Urfan bəy Həsənof şən
mahnıları ilə soydaşlarımız qarşısında çıxış etdi.
Sayqılarla
AFİ təbliğat sorumlusu
Pərvanə Urmulu
Yeni idarə
heyətin tərkibi:
Başqan:
Məmmədrza Ağapur
Muavin və
təşkilat sorumlusu: Rahim Sadıqbəyli
İlişgilər
sorumlusu:
Səttar Sevigin
İnteqrasia
sorumlusu: Xaqan Baycan (Davud
Savalanoğlu)
Təbliğat
sorumlusu: Pərvanə Urmulu
Maliyə
sorumlusu: Nadir
Holanbrand
Katib:
Mənsur Cəsuroğlu
Əvəz edicilər:
Turan Əlisoy
Naibə Babayeva
Nizarət və
təftiş komitəsi:
Aslan Ərəblui
Cavanşir
Cəfərov
Flura Cəfərli
Seçki
komitəsi:
Həsən Təmcidi
Əjdər Tağızadə
Səməd Fərtaş
 
   
əsas
səhifə
|