31 mart azərbaycanlıların soyqırımı günü ilə bağlı
Azərbaycan Fedrasiyonu-İsveç(AFİ)nin bəyanatı

Artıq neçə ildir 31 mart azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur. Bu
soyqırım Azərbaycan Türk milləti və dövlətçiliyinin tarixində baş vermiş faciəli olaylara milli yaddaşın sərgisidir. Azərbaycanlıların kütləvi şəkildə qırğını, acılıqlara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması 20.ci əsrin tarixində ən faciəli və dəhşətli səhifələrindəndir. Azərbaycanlılara
bu faciəli tarixində "Böyük Ermənistan" xülyası ilə sərsəm olan, bu məqsədə çatmaq üçün hər
cür vasitələrə əl atan erməni şovinistlərinin
izləri aydın görünür. 1918-ci ilin martın 20 sin tarix mütləq öz yaddaşlarından
silməyəcək. İlin axır çərşənbəsin qeyd etmək niyyətində gecəni subhə yetirən
Urmunun dinc əhalisi tarixin ən dähşətli və kütləvi qırğınına məruz qaldılar. Bəşəriyyətin ilkin mənbələrindən biri, zəngin və qədim tarixə malik
olan Urmu şəhrində Ermənilər bir gün içində 10 000 dən artıq günahsız
Azərbaycan Türkünün çox vəhşicəsinə qətlə yetirdilər. Bu qırğın 6 davam sürərək 150 000 Azərbaycanlının qətliamına səbəb oldu. Eyni zamanda Azərbaycanın
quzeyində Erməni şovinistləri 10 minlərcə Azərbaycanlını qətliam edib, tarixin acı
səhifələrində özlərindən dərin və əbədi iz qoydular. Azərbaycanın
güneyi və quzeyində böyük bir cinayətlərin
eyləmçisi olan erməni şovinistləri bu cinayətləri bu günə dək davam etməkdədir.
Vətənimizin ayrılmaz hissəsi Qarabağda tarixi utanmağa məcbur edən erməni
faşistləri
minlərcə Azərbaycan Türkünü öldürüb, bir milyondan çox
vətəndaşımızı öz doğma ata-baba topraqlarından sürgün edib, milli
coğrafiyamıza yiyə durmaq niyyətindədirlər. 50 milyonluq Azərbaycan xalqı bu gün bu nəticəyə gəlib ki, özündən başqa
heçkim onun dərdinə sırdaş ola bilməz. Dünya
ictimaiyyəti və bəşəriyyətin
göz önündə tarixin ən dəhşətli faciələrinə qol çəkən erməni faşistləri,
işlərinə son qoymaq niyyətində deyirlər. BMT nin verdiyi
qərarlara saymazyana münasibətini göstərən erməni hakimiyyəti, Azərbaycanın doğma topraqlarının işqalına davam etməsilə, bölgədə sülh və barışın inkişafına kölgə salır. Biz, İsveçdən
dünya ictimaiyyətinə səslənirik : Yetər bu qədər haqsızlıq! Yetər bu qədər cinayət! Bu gün 50 milyonluq Azərbaycan xalqının səbri tükənib.
Azərbaycan Fedrasiyonu-İsveç(AFİ)
31 mart Azərbaycanlıların soyqırımı gününü İsveç və Avrupada dövlətlər səviyyəsində yaddaşlarda qeyd edilməsi və muzakirələrə çıxarılması uğrunda böyük bir hərəkətə
keçməyimizə söz verir.
Azərbaycan Fedrasiyonu-İsveç
(AFİ) dünya üzərində yerləşən bütün diaspor təşkilatlarının bu məsələ ilə əlaqədar fəaliyyət göstərməklərini ən vacib işlərdən sayıb, onlarla birgə hərəkətə keçməyi arzu edir.
AFİ olaraq ümid edirik Ermənistan
hakimiyyəti dünya qarşısında elədiyi cinayətləri etiraf etsin. Arzu edirik Azərbaycanın işqal olunmuş topraqları ən yaxın zamanda azad
olub, Azərbaycan soyqırımını törədənlər uluslararası məhkəmə qarşısında cavab versinlər.
Azərbaycan Fedrasiyonu-İsveç(AFİ)