28 May cumhuriyyət bayramı mübarək olsun
Hörmetli azırbaycanlılar! 28 may 1918 Azərbaycanın ən parlaq və unudulmaz tarixi günlərindən yəni Azərbyacanın istiqlal günüdür.
Azərbaycanın qəhrəman önderi rəhmətlik Məhəməd Əmin Rəsulzadə və silahdaşlari azərbaycanın qurtuluşu uğrunda illər mubarizədə bütün yolları o cümlədən Qafqaz fedrasiyası, İslamçiliq və s. dinəyib , nəhayət Azərbaycan Türk millətçiliyinə qurtuluş rəmzi kimi dayanaraq Azərbaycanın istiqlalının əldə etmişdilər . Elə bugündə Azərbaycanın istər Qüzeyinin ya Güneyinin qurtuluş rəmzi millətçilikdədir.
Müstəqill Azərbaycan Cümhuriyyəti qıssa ömründə böyük nayiliyyətlər və qalibiyyətlər əldə etmişdir. O cümlədən milli ordu, milli pul, demokratlaşma, qadin huququ, milli bank, azad seçqilər, beyəlxalq əlaqəri və beynəlxalq ictimaiyyəti tərəfində Aərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və bir cümlədə desək bugün özlərini modern hesab edən ölkələrin bir çoxunun hələdə təmin edə bilmədiyi demokratik şərayiti 87- il bundan əvəl Müstəqill Azərbaycan Cümhuriyyəti təmin etmişdir.
Müstəqill Azərbaycan Cümhuriyyəti həmdə şərq dünyasinin xususilə də İslam dünyasinin birinci cümhurisi və birinci deməkrat ölkəsidir ki buda Azərbaycan millətinin tarixdə inkişafçi və öncül olduğunu bəyan edir.
Təssuflər olsun ki Müstəqill Azərbycan Cümhuriyyəti iki yaşına dolmadan balşeviklərin hucumuna məruz qalib və müvvəqəti olaraq devirildi. Leninin əmrilə Erməni Şaumiyan Azərbaycana hucum və 10 minlər azərbaycanlini qətliam etdi. Erməni quldur dəstələri həmişəki kimi azərbaycanlilari qırmağa munasib fursət tapmışdılar.Yeri gəlmişkin qeyd etmək lazimdir ki Azərbaycanın ikinci istiqlal dövründə də Ermənilər Rus himayəsinə dayanaraq Azərbycanlıları qətliam edib , azərbaycanın torpaqlarını işqal etdilər.
Müstəqill Azərbaycan Cümhuriyyəti , Balşoviklərin tərifindən devirlməsinə baxmiyaraq istiqlal ideyasi yenilməyib və M.Ə.Rəsulzadənin BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA YENMƏZ şuari öz əksini tapib və nəhayət bir daha Azərbaycan milləti istiqlalını əldə etdi.
Müstəqill Azərbaycan Cümhuriyyəti M.Ə.Rəsulzadə və silahdaşlarinin bizə qoyduğu mirasdir. Bu müqqədəs ideyani mənimsəyib və Müstəqill Azərbaycan Cümhuriyyətini qorumaq bütün azərbaycanlilarin borcudur.
Biz Azərbaycan Fedrasiyonu-İsveç olaraq bu milli bayramı bütün Azərbaycan xalqına təbrik edərək, bu gün Azərbaycanda vətəndşlıq haqqın təmin olunması, ölkəmizdə demokrasi, milli inkişafı və sosyal təminatın daha geniş meqyasda çiçəklənməsini arzu edirik. Arzu edirik tezliklə Erməni işqalçıları 20 fayzdan çox işqal altında saxladıqları torpaqlarımızı tərk etsinlər. 50 milyon Azərbaycan xalqın mutlu yaşamaqları bizim diləyimizdir.
Azərbaycan Fedrasiyonu-İsveç(AFİ)
idarə heyəti