"22 dən 28 gedən yol" adlı seminardan reportaj

22 may Azərbaycanın güneyində milli dirəniş bayramın qutlamaq və qarşıdan gələn 28 may Azərbaycanın istiqlaliyyət günün qeyd etmək üçün İsveçin Yöteborg şəhrində möhtəşəm seminar keçirilmişdir. Tarix  və filologiya elmləri üzrə uzman, Arif bəy Rəhimoğlu əsas məruzəçi kimi, Türkiyə fedrasiyonu, Iraq-Türkmən fedrasionu, Dünya Türkmənlərin birləşik təşkilatı və bir çox sayılı cəmiyyət başqanları o cümlədən Savaln cəmiyyətin sədri Dadadş bəy Aslanzadə, Təbriz dərnəyinin sədri Həsən bəy Təmcidi, 20 yanvar cəmiyyətin sədri Cavanşir bəy Cəfərov, Azərbaycan-Yöteborg qadın cəmiyyəti və ...  bu seminara dəvət olunmuşdur.  Seminar Azərbaycanın milli himnilə işə başlamışdır. Şəhidlərimizin xatırın ağrlamaq üçün bir dəqiqəlik süküt elan etdikdən sonra, Məmməd Rza ağapur (AFİ sədri) seminarın rəsmiyyətlə açılışın elan edərək öz düşüncəsin və fikirlərin qonu ilə ilgili  iştirakçılar ilə paylaşdı. O dedi ki, iki milli bayramın üst-üstə düşməsi və eyni zamanda güneydə gedən milli-azdliq hərəkatın ən gəlişdiyi çağlar, bu seminarın baş tutması və gərçəkləşməsinə amil oldu.

İkinci məruzəçi "Türkiyə fedrasiyonunun" örgütlənmə sekleteri Sami Görgülü fikirlərin bu gün ilə ilgili paylaşdı. Türkiyə fedrasiyonun nümayəndəsinin dediklərinə görə Türkiyə fedrasiası var gücü ilə Azərbaycan fedrasiası ilə birgə diaspor fəaliyyətlərdə çaba göstərəcək. Azərbaycan həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq üçün AFİ ilə əməkdaşliq edəcək. Güneydə və 35 000 000 Azərbaycan türkün milli-mədəni haqlarının tapdalanması ilə əlaqədar güneyli soydaşlarla vahid bir cibhədə olmaqların vurqulayan Sami Görgülü 28 may və Türk dünyasında ilk demokratik hakimiyyətin yaranmasın təbrik edərək, ulu öndər Məmməd Əmin Rəsulzadənin " bir kərə qalxan bayraq bir daha enməz" söylədiyi cümlə ilə danışığına son qoydu.

Aydın bəy Tayfur "Iraq-Türkmən fedrasiasından" üçüncü məruzəçi olaraq, 28 may Azərbaycanın istiqlaliyyət günün və 22 may güney Azərbaycanda milli-dirəniş bayramımnın il dönümün təbrik edikdən sonra , isveçdə bütün Türk icmaların birgə fəaliyyət göstərməkləri uğrunda AFİ nin çabalarından təşəkkür etdi.

Dünya Türkmənlərin birləşik təşkilatının Avrupa sədri Toylu Suwhanli öz məruzəsində bütün Türk dilli xalqların mutlu yaşamaqların diləyərək, 28 may22 may bayramları sadəcə Azərbaycan xalqına yox bəlkə bütün Türk Dünyasına ayid olduğun vurquladı. 28 may və onun yaradanları, 22 may və onu tarixdə səbt edənlərinə hörmət və sayqısın bildirən Avrupa Türkmənlər başqnı bütün türklərə özgürlük savaşında başarılar dilədi.

Dadaş bəy Aslanzadə növbəti məruzəçi olaraq 28 may22 may bayramları munasibətilə iştirakçıları təbrik edərək, öz fikirlərin qonu və hər iki bayramla ilgili iştirakçılar ilə paylaşdı. Savalan cəmiyyətin sədri Türk millətinin yalnız olmasın və dünya ictimaiyyətin Azərbaycan həqiqətlərindən xəbərsiz olduqların vurqulayıb, diaspora təşkilatların birgə fəaliyyət gostərməklərinə təkid etdi.

 Türkmən qadın cəmiyyətin sədri İnci xanım Salihi bu iki milli bayaramı təbrik edərək, bütün Türk qadınların ərkəklər ilə birgə meydanda olmaqların tələb etdi.

Əxtər xanım Bedustani, ustad Fərzanənin şer dəftərində bir-neçə parça oxuyaraq, 28 may22 may bayramların qutladı.

Azərbaycan gənclər fedrasiasının sədri Nərgis Nedai bu iki milli bayramla bağlı iştirakçıları təbrik edərək, bu günlərin haqqında öz fikirlərin paylaşdıqdan sonra bu günlərə uyğun bir şeri qəraət etdi.

Tarix  və filologiya elmləri üzrə uzman, Arif bəy Rəhimoğlu əsas məruzəçi kimi bu milli bayramlar haqda çox geniç formada açıqlamalar gətirdi. 28 may və onun başlanqıc nuqtəsi, istiqlaliyyət və devilməsi, yenidən Azərbaycanın istiqlaliyyətinə qovuçması haqda bölmə-bölmə faxtlar gətirib və bu haqda elmi şəkildə baxışların iştirakçılar ilə paylaşdı.  Məruzəçi 22 may və azərbaycanın güneyində milli dirəniş bayramın qeyd olunduğuna dayir geniş meqyasda nədənlərinə izah verdikdən sonra, qonu və 22 dən 28 gedən yolun haqqında və yolun alçaq-ucası haqqda, uyğun taktika və esterategialardan söhbət etdi. Türkçülük həftə , bayramına (22 dən 28 maya dək) işarə edən  Arif bəy Rəhimoğlu günydə hərəkatçıların bu günlərdə şövenistə qarşı yaratdıqları himasələri Azərbaycan tarixində ən parlaq himasələrdən sandı. Türkçülük əsasında millətin ayağa qalxması və yüz minlərlə Azərbaycan türkünün "haray haray mən türkəm" hayqırıların xatırladan məruzəçi hərəkatın gələcəyin və millətimizin azadlığına gedən yolun inəcliklərinə toxunarkən, təşkilatların önəmli rollarına işarə etdi. Bu məruzə çox maraqla iştirakçılar tərəfindən qarşılandı. Arif bəy Rəhim oğlunun təklifi əsasda iştirakçılar bu qərarara gəldilər ki, bundan sonra 22 dən 28, Türkçülük həftə , bayramını kimi qeyd edəcəklər.

"əsas səhifə"